RƏSMİ

26 Noyabr

Azər Badamov: Qusarın “Bənövşə gölü” su anbarı təcili bərpa olunmalıdır

Fins.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov qeyd edib ki, Qusar şəhərinin yanındakı “Bənövşə gölü” su anbarı uzun illər Qusar şəhəri və ətraf kəndləri içməli və təsərrüfat suyu ilə təmin edib.

O bildirib ki, son illərdə su anbarı baxımsız qalıb, qurudulub və yararsız hala gətirilib. “Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına səbəb olur. Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən “Bənövşə gölü” su anbarının bərpasını diqqətdə saxlamasını xahiş edirəm”, – deputat əlavə edib.