RƏSMİ

03 Yanvar

2025-ci ildə qeyri-neft sektorunda ÜDM 1,3 dəfə artacaq - Mikayıl Cabbarov

Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları ardıcıl şəkildə həyata keçirilir.

Fins.az xəbər verir ki, bunu ötən il Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi.

Onun sözlərinə görə, 2025-ci ildə real ümumi daxili məhsulun (ÜDM) 14,4 faiz, qeyri-neft sektorunda isə ÜDM-nin 1,3 dəfə artması gözlənilir.

Mikayıl Cabbarov əlavə edib ki, son illərdə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb.

  • 2018-ci ildə neft hasilatı 38,8 milyon ton təşkil edirdi,
  • 2024-cü ildə isə bu göstərici 29,2 milyon ton səviyyəsinə düşüb.

Nazir həmçinin qeyd edib ki, 2014-cü ildə "Brent" markalı neftin orta qiyməti 99 ABŞ dolları idi, lakin 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin ümumi büdcə gəlirlərində payı 49 faizədək azalıb.

“Bununla yanaşı, müsbət tendensiyalardan biri də inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasıdır,” – deyə Mikayıl Cabbarov əlavə edib.