Azərbaycanda bu il sosial sahədə çoxşaxəli artımları nəzərdə tutan tədbirlər paketi həyata keçiriləcək. Minimum əməkhaqqı və pensiyanın artırılması, sosial müavinətlərin və təqaüdlərin yüksəldilməsi, eləcə də pensiyaların indeksləşdirilməsi planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə ötən il Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat vermişdi.
Komitə sədri bildirmişdi ki, təqdim olunan sosial paket ümumilikdə 3 milyon insanı əhatə edəcək. Bundan əlavə, 2025-ci il üçün inflyasiya səviyyəsinin 4,6 faiz olması proqnozlaşdırılır.
Azər Əmiraslanov qeyd edib ki, bu tədbirlər həm sosial təminatın gücləndirilməsi, həm də əhalinin rifahının yüksəldilməsi məqsədinə xidmət edir.