RƏSMİ

20 Noyabr

GÜNDƏM: Naxçıvanın maliyyə vəsaiti azaldıldı, yeni hakimlər təyin edildi, Prezident Administrasiyasının rəhbəri UN-HABITAT nümayəndələri ilə görüşüb

Prezident İlham Əliyev "2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 26 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Fins.az xəbər verir ki, dəyişikliyə əsasən, bu il "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41 milyon 700 min manata endirilib.

* * *

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncama əsasən, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

ağır cinayətlər məhkəmələri üzrə:

Gəncə Ağır Cinayətlər Məhkəməsi

İbişov İlkin İlqar oğlu

Müslümov Bəhruz Firizman oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Nəbiyev Cavanşir Şirvan oğlu

Nuriyev Aqil Abdul oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Aşurova Günay Raqif qızı

hərbi məhkəmələr üzrə:

Tərtər Hərbi Məhkəməsi

Qənbərov Tağı Ədalət oğlu

inzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Hüseynov Nurəli Əvəz oğlu

Sumqayıt İnzibati Məhkəməsi

Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızı

Məmmədli Qəşəm Fərhad oğlu

Şəki İnzibati Məhkəməsi

Şirinova Əsədova Günel Soltan qızı

kommersiya məhkəmələri üzrə:

Gəncə Kommersiya Məhkəməsi

Məmmədli Əbülfəz Namiq oğlu

Şəki Kommersiya Məhkəməsi

Hüseynova Elnarə Ramiz qızı

Şirvan Kommersiya Məhkəməsi

Nəbiyev Rəmzi Sultan oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

İbrahimova Aytəkin Nazim qızı

Nəsibov Samir Nadir oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Şövkətli-Mənsimli Leyla Şahin qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Həsənov Teymur Həsən oğlu

Məmmədova Günel İqbal qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Əsədzadə Aytəkin Aqil oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Ağstafa Rayon Məhkəməsi

Mürsəlova Heyran Mehman qızı

Astara Rayon Məhkəməsi

Meybullayeva Şəfiqə Eldar qızı

Balakən Rayon Məhkəməsi

Cəfərova Arifə Namus qızı

Bərdə Rayon Məhkəməsi

Məhərrəmov Bayram Yusif oğlu

Xaçmaz Rayon Məhkəməsi

Bayramov Samir Zakir oğlu

İmişli Rayon Məhkəməsi

Ağakişiyeva Lətafət Almazxan qızı

Lənkəran Rayon Məhkəməsi

Ələsgərov Elvin Əvəz oğlu

Masallı Rayon Məhkəməsi

Hüseynov Elşən Təbrizoviç

Siyəzən Rayon Məhkəməsi

Quluzadə Günel Cəbrayıl qızı

Sumqayıt Şəhər Məhkəməsi

İsmayılova Günel Rza qızı

Nəsimiyev Fərid Aydın oğlu

Şəmkir Rayon Məhkəməsi

Heydərova Nazlı Azər qızı

Şirvan Şəhər Məhkəməsi

İmanov Əli Sərməz oğlu

Tovuz Rayon Məhkəməsi

Hacıyev Süleyman Aslan oğlu

Zaqatala Rayon Məhkəməsi

Məmmədova Zərifə Faiq qızı.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

* * *

Noyabrın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının icraçı direktoru (UN-HABITAT) xanım Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə A.Rossbax COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib və sədrlik fəaliyyətində ölkəmizə müvəffəqiyyətlər arzulayıb.

S.Nuriyev Azərbaycan ilə UN-HABITAT arasında əməkdaşlığı və ölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyinin prioritetləri sırasında urbanizasiya mövzusunun yer almasını məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında həyata keçirilmiş faydalı əməkdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda “Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin uğurlu təşkili vurğulanıb.

S.Nuriyev qlobal və regional tədbirlərin yüksək səviyyədə təşkil edilməsində böyük təcrübəyə malik Azərbaycanın 2026-cı ilin mayında BMT-nin ən vacib tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib.

A.Rossbax ölkəmizin UN-HABITAT-ın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasından, orada keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, UN-HABITAT ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əlavə, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.