İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir, COP29 kimi dünyanın ən mötəbər tədbirlərindən birinin Bakıda keçirildiyini və bu tədbirdə iqlim məsələləri və onun gündəlik həyata təsiri müzakirə edildiyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan dünya miqyasında iqlim məsələlərinə dair öz mövqeyini nümayiş etdirir və artıq büdcədə bu məsələlərə aid işlərə başlanıb.