RƏSMİ

14 Noyabr

İqlim Skaneri ilə iqlimlə bağlı auditlərdə yeni meyarlar təyin ediləcək – Vüqar Gülməmmədov COP29-da açıqladı

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, COP29 çərçivəsində keçirilən "Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri" adlı tədbirdə bildirib ki, İqlim Skaneri təşəbbüsü, iqlim fəaliyyətlərinin qiymətləndirilməsi və bu sahədəki auditlər üçün vacib bir alət olaraq çıxış edəcək. Bu alət vasitəsilə 141 ölkənin Ali Audit Orqanları, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatası, hökumətlərin iqlim dəyişikliyinə qarşı gördüyü işləri və milli, beynəlxalq öhdəlikləri icra etmə vəziyyətini qiymətləndirir.

Fins.az xəbər verir ki, V.Gülməmmədov, İqlim Skaneri təşəbbüsünün, gələcəkdə aparılacaq auditlər üçün əsas meyarlar və potensial audit mövzuları müəyyən etməyə kömək edəcəyini qeyd edib. Bu təşəbbüsün bir hissəsi olaraq, iqlimlə əlaqəli problemlərin həllinə yönəlik audit institunun rolunun artırılması və ətraf mühit məsələlərinin gündəmdə qalmasına töhfə verilməsi məqsəd qoyulub.

Bundan əlavə, tədbirdə iqlim maliyyəsinin artırılması və Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli təşəbbüslər, yaşıl enerji və metanın azaldılması kimi mövzular da müzakirə olunub. COP29-dan əsas gözlənti, iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Bu tədbir, həmçinin iqlim fəaliyyətinə dair beynəlxalq əməkdaşlığın gücləndirilməsini və iqlimlə bağlı öhdəliklərin yerinə yetirilməsinə töhfə verəcək.

Fuad Mədətov
Fins.az