RƏSMİ

07 Noyabr

GÜNDƏM: Prezident İlham Əliyev qanunlarda dəyişiklikləri təsdiqlədi, bərpa olunan enerji sahəsi və kənd təsərrüfatı üçün yeni qaydalar müəyyən edildi

Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Fins.az xəbər verir ki, qanunun mətnində deyilir:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 137) 10-cu maddəsinin 5-ci hissəsinin birinci cümləsində hər iki halda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında və 6-cı maddəsinin birinci hissəsinin dördüncü abzasında “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddənin birinci hissəsinin iyirmi dördüncü abzasında və 360-cı maddənin birinci hissəsinin səkkizinci abzasında “ərzaqla” sözü “qida məhsulları ilə” sözləri ilə əvəz edilsin;

3.2. 40-cı maddə üzrə:

3.2.1. birinci hissədə “ərzaqla” sözü “qida məhsulları ilə” sözləri ilə əvəz edilsin;

3.2.2. üçüncü hissənin ikinci abzasında “ərzaqdan” sözü “qida məhsullarından” sözləri ilə, üçüncü abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

3.3. 274-cü maddənin birinci hissəsinin altıncı abzasında birinci halda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

3.4. 277-ci maddənin ikinci hissəsinin doqquzuncu abzasında və 286-cı maddədə “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18, № 5 (I kitab), maddə 499) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 59-cu maddənin beşinci hissəsində, 64-cü maddənin birinci hissəsinin doqquzuncu abzasında, 338-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

4.2. 89-cu maddənin birinci hissəsinin onuncu abzasında, 109-cu maddənin birinci hissəsinin doqquzuncu abzasında, 263-cü maddənin ikinci cümləsində, 268-ci maddənin birinci hissəsinin dördüncü abzasında, 357-ci maddənin birinci hissəsinin on birinci abzasında “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.3. III fəslin iyirmi birinci hissəsinə “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.4. 104-cü maddə üzrə:

4.4.1. birinci cümləyə hər iki halda “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin, həmin cümlədə “ərzaqla” sözü “qida məhsulları ilə” sözləri ilə, “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.4.2. ikinci cümləyə “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.5. 105-ci maddənin birinci hissəsi üzrə:

4.5.1. birinci, beşinci (ikinci halda), on birinci, on üçüncü və on dördüncü abzaslara “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.5.2. altıncı abzasda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə, “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.5.3. doqquzuncu abzasda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

4.5.4. onuncu və on ikinci abzaslarda “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.6. 264-cü maddənin birinci hissəsinə “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.7. 265-ci maddənin birinci hissəsi üzrə:

4.7.1. üçüncü abzasda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə, hər iki halda “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.7.2. dördüncü və beşinci abzaslarda “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.7.3. on birinci və on üçüncü abzaslarda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

4.8. 266-cı maddədə “ərzaq” sözü “qida məhsulları” sözləri ilə, “ərzaqların” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.9. 345-ci maddənin birinci hissəsi üzrə:

4.9.1. ikinci abzasda “ərzağı” sözü “qida məhsullarını” sözləri ilə əvəz edilsin;

4.9.2. üçüncü (birinci halda) və beşinci abzaslarda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

Maddə 5. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 517 (Cild I) 10.1.12-ci maddəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

* * *

Prezident İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

Fins.az xəbər verir ki, qanunun mətnində deyilir:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167 (Cild I) 19-cu maddəsinin birinci hissəsinin 6-cı bəndində “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 158 (Cild I) 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442 (Cild I); 2024, № 6 (I kitab), maddə 643) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.0.1-ci maddədə “məhdud olanlar, o cümlədən zəif eşidənlər” sözləri “və ya qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin;

3.2. 7.0.2-ci maddədə “məhdud olanlar, o cümlədən zəif görənlər” sözləri “və ya qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604 (Cild I); 2024, № 2, maddə 138) 1.0.11-ci maddəsində “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

* * *

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

* * *

Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur.

Layihədə vakant hakim vəzifələrinin qisa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaqdır. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması nəzərdə tutulur.

Bununla əlaqədar "Məhkəmə- Hüquq Şurası haqqında" Qanuna Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyətini tənzimləyən yeni maddə əlavə edilir. 9 hakimdən ibarət olacaq Hakimlərin Qiymətləndirilməsi Komitəsi qiymətləndirmənin nəticəsinə dair yekun rəy tərtib etməklə, Məhkəmə-Hüquq Şurasına təqdim edəcəkdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda müəyyən olunan nəticələrin qanunda təsbit olunması təklif olunur. Bundan başqa, qiymətləndirmənin yekununda müəyyən olunan hər bir nəticəyə uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən qərarlar qanunda dəqiq təsbit olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə Hakimlərin Seçki Komitəsi və hakimlərin qiymətləndirilməsi ilə bağlı bir sıra digər normalar dəqiqləşdirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

* * *

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

* * *

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq;

- Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

* * *

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları daxil edilir.

Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.

Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.

Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır.

Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.

Qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

* * *

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı ilə bağlı yeni qaydalar müəyyən edilir.

Fins.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

* * *

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Fins.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı mavfiq qərar qəbul edilb.

Bu Qərar 2024-cü il iyunun 1-dən tətbiq edilir və 3 (üç) il müddətində qüvvədədir.