Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
* * *
Milli Məclis 8 Noyabr Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Fins.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Spiker Sahibə Qafarova bu təkliflə çıxış edib.
Deputatlar təklifi alqışlarla qarşılayıb.
* * *
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.
Fins.az xəbər verir ki, nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Səfər çərçivəsində qonaqlar Ağdam və Şuşanın mədəni-mənəvi, tarixi irsi ilə tanış olacaqlar.
* * *
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 8, 9 və 10 noyabr tarixlərində bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Fins.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.
Bildirilib ki, 11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.