Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Dünyamalıyev Mətləb Məmməd oğlu
Əmirbəyova Jalə Əhməd qızı
Fətullayev İslam Babakişi oğlu
Hüseynov Namiq Tapdıq oğlu
Mahmudov Abdullah İlyas oğlu
Məmmədov Sahib Nizaməddin oğlu
Nəbiyev Feyzulla Sovetxan oğlu
Şəmmədov Elşad Zeynal oğlu
“Tərəqqi” medalı ilə
Abbasov İbrahim Yusif oğlu
Ağayev Lətif Xudaş oğlu
Bayramova Gülyanə Fərrux qızı
Dünyamalıyev Sevindik Əbil oğlu
Əhmədov Ağa Balaseyid oğlu
Əsgərov Məhərrəm Əsgər oğlu
Əsgərov Səməddin Calal oğlu
Əzizov Əlisultan Əlheydər oğlu
Fətəliyev Məhəmməd Qoca oğlu
Hacıyev Etiram Qabil oğlu
Hacıyev Mahir Həmzə oğlu
Həsənov Arif Bahadur oğlu
Hüseyinov Həsənağa Allahverdi oğlu
Xəlilov Həmzə Ağakişi oğlu
İsmayılova Səadət Əmir qızı
Qəhrəmanov Canpolad Kamayıl oğlu
Quliyeva Yeganə Arif qızı
Qurbanov Abdulqafur Abdulrəhman oğlu
Məmmədov Anar Vidadi oğlu
Məmmədov Habil Axunbala oğlu
Məmmədov Hafiz İsa oğlu
Məmmədov Nəvai Şahin oğlu
Məmmədova Mətanət Zaman qızı
Səlimov Vüqar Süleyman oğlu
Tağıyev Yaqub İslam oğlu
Talıbov İzzət Ataxan oğlu
Yusifov Mehdi Mehman oğlu
Yusifova Elza Sədi qızı
Zahirov Beydullah İslam oğlu.
* * *
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı ilə bağlı yeni qaydalar müəyyən edilir.
Fins.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.
* * *
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, qanunsuz miqrantların Saxlanma Mərkəzində saxlanılması müddəti ilə bağlı yeni qaydalar müəyyən edilir.
Fins.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, onların Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər.
Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir.
Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (ve ya buraxılması) haqqında qərar qəbul edir.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Merkezde yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.