RƏSMİ

31 Oktyabr

Azərbaycan su ehtiyatlarının istifadəsi və itkiləri – Rəsmi Açıqlama

Ötən il Azərbaycanda 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

Onun sözlərinə görə, ümumi su ehtiyatlarının 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetri isə yeraltı su ehtiyatlarından ibarətdir. Yerüstü su ehtiyatlarının 4,6 milyard kubmetri ölkə ərazisində, 13,1 milyard kubmetri isə qonşu ölkələrin ərazilərində formalaşıb. 2023-cü ildə su ehtiyatlarından istifadə həcmi 9,2 milyard kubmetr təşkil edib ki, bunun 3,2 milyard kubmetri suyun təsərrüfatlara çatdırılması zamanı infrastruktur problemləri, buxarlanma, səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə uğrayıb.