RƏSMİ

29 Oktyabr

Azərbaycanda bələdiyyə yığımları üzrə yeni qaydalar

Bu gün Azərbaycanda Milli Məclisdə keçirilən iclasda bələdiyyələr üçün yeni yığımların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

Fins.az xəbər verir ki, "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif olunan dəyişiklik, bələdiyyələrə nağdsız yığım həyata keçirməyə imkan tanıyır.

Qanunun 3.4.1-ci maddəsinə əsasən, vergi yığımları nağdsız şəkildə həyata keçiriləcək. Bu müddəa bələdiyyə vergilərini də əhatə edir. Təklif olunan dəyişikliklər, bələdiyyələrə ödəmə xidmətləri və digər yığımlar üçün də nağdsız hesablaşmaların mümkünlüyünü irəli sürür.

Dəyişikliklərin məqsədi, bələdiyyə büdcəsinin elektronlaşmasını, şəffaflığın artırılmasını və yerli büdcənin icrasının daha səmərəli olmasını təmin etməkdir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.