Azərbaycanda 2025-ci ildə xərc üzrə siyasət “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və bu prioritetlərə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nəzərə alınmaqla prioritetləşdirib.
Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əlavə olaraq xərc siyasəti aşağıdakı istiqamətlər əsas götürülərək həyata keçiriləcək:
- Səhiyyə xərclərinin, o cümlədən İcbari Tibbi Sığortanın maliyyə təminatı;
- Təhsil xərclərinin, o cümlədən dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd yerlərinin sayının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan təlabatın qarşılanması;
- Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün maliyyə dəstəyinin və subsidiyaların ayrılması;
- Müdafiə olunan xərclərinin, o cümlədən əməyin ödənişi, təqaüd və pensiyalar, başqa sosial müavinətlər, dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyə təminatı;
- Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş digər dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı.
Fuad Mədətov
Fins.az