RƏSMİ

28 Avqust

İğdır-Naxçıvan təbii qaz xəttinin tikintisinin tezliklə tamamlanacaq - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İğdır-Naxçıvan təbii qaz xəttinin tikintisinin tezliklə tamamlanacağı bildirilib.

Fins.az-ın məlumatına görə, C.Bayramov qeyd edib ki, bu layihə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha bir vacib nümunəsidir və iki ölkənin həyata keçirdiyi enerji layihələri Avrasiya regionunun enerji xəritəsində mühüm dəyişikliklərə səbəb olur.

Nazir, bu mühüm layihənin başa çatmasının yaxın olduğunu vurğulayaraq, Azərbaycan-Türkiyə enerji əlaqələrinin strateji əhəmiyyətini bir daha diqqətə çatdırıb.

C.Bayramov bu açıqlamanı Ankarada keçirdiyi işgüzar səfər zamanı verib.

Fuad Mədətov
Fins.az