1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 950-ə yaxın müşahidəçi qeydə alınıb.
"26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb”,- deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.