Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində “Gələcək Azərbaycan”, “Müsavat”, “Azad Vətən”, “Vəhdət” və “Ədalət” partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
Fins.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.