RƏSMİ

10 İyul

MSK sədri seçki komissiyalarına xəbərdarlıq etdi

Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq.

Fins.az xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkidə insanlarla düzgün davranmayan, Seçki Məcəlləsinin tələblərini pozanlar cəzalandırılacaq:

“Biz belə hallarda məsələləri araşdıracağıq”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.