Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Məşğulluq haqqında” qanunun tətbiqi barədə” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fins.az xəbər verir ki, fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.27-ci, 26.3-cü, 26.5-ci, 26.6-cı (hər üç halda), 26.7-ci (hər iki halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində və 26.13-cü (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 26.3-cü və 26.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.27-ci, 26.5-ci, 26.6-cı (birinci və üçüncü hallarda), 26.7-ci (ikinci halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində və 26.13-cü (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 26.6-cı maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
2.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Qanunun 26.7-ci maddəsinə uyğun olaraq, məqsədli proqramların həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində:
3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Qanunun 26.13-cü maddəsinə uyğun olaraq, məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə “1.1.23-cü,” sözlərindən sonra “1.1.27-ci,” sözləri, “26.2-ci,” sözlərindən sonra “26.3-cü, 26.5-ci, 26.6-cı (hər üç halda), 26.7-ci (hər iki halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində, 26.13-cü (hər iki halda),” sözləri əlavə edilsin;
4.2. 2.4-cü bəndə “26.2-ci,” sözlərindən sonra “26.3-cü, 26.7-ci (birinci halda),” sözləri əlavə edilsin;
4.3. 2.5-ci bəndə “1.1.23-cü,” sözlərindən sonra “1.1.27-ci,” sözləri, “26.1-ci,” sözlərindən sonra “26.5-ci, 26.6-cı (birinci və üçüncü hallarda), 26.7-ci (ikinci halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində, 26.13-cü (hər iki halda),” sözləri əlavə edilsin;
4.4. 2.17-ci bənddə “və 25.2-ci” sözləri “, 25.2-ci və 26.6-cı (ikinci halda)” sözləri ilə əvəz edilsin.