Cari ilin dövlət büdcəsinə dəyişikliklərin əsas məqsədi artan gəlirlər hesabına Prezident İlham Əliyevin müəyyən etdiyi məsələlərin həlli üçün əlavə maliyyə təminatı yaratmaqdır.
Fins.az-ın məlumatına görə, bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinə dəyişikliyin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, yenidənbaxılma ilə büdcənin 852 milyon manat xərcləri optimallaşdırılaraq investisiya yönümlü infrastruktur layihələrinə, şəhərətrafı sərnişin daşınması üçün subsidiyaların verilməsi və s. zəruri xərclərin maliyyə təminatı yaradılacaq.
Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.