Prezident İlham Əliyev Şahin Şakir oğlu Abdullayevin Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.