Əhalinin məşğulluq problem bütün dünyada, həmçinin Azərbaycanda da aktual məsələlərdəndir. Bu səbəbdən əhalinin məşğulluq imkanlarının artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi vacib amillərdəndir.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iyunun 3-də keçirilən növbəti iclasında “Məşğulluq haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsini təqdim edərkən deyib.
Komitə sədri bildirib ki, məşğulluqla bağlı yeni qanun layihəsi işğaldan azad edilmiş ərazilərdə vətəndaşlarımızın işlə təmin olunmasına öz töhfəsini verəcək.
© azertac