RƏSMİ

27 May

Əməkhaqqı fondu 21 milyard manatdan bir az artıqdır - Vüqar Gülməmmədov

Ötən ilin son göstəricisinə görə, əməkhaqqı fondu 21 milyard manatdan bir az artıqdır.

Fins.az xəbər verir ki, bunu Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, qeyd olunan rəqəm ÜDM-də heç 18%-ə çatmır. Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Amma bu da kiçik məbləğdir. Bizim üçün ən vacib məsələ əməkhaqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, Dövlət Sosial Müdafiə Fondu həmin vəsaitdən qidalana bilsin”.

Fuad Mədətov
Fins.az