Bu il Azərbaycan iqtisadiyyatının 3,8 % artması proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, neft sektorunda 0,8 %, qeyri-neft sektorunda isə 5 %-dən çox artım gözlənilir.
Fuad Mədətov
Fins.az