2024-cü ilin dövlət büdcəsinin yenidən baxılan layihəsində gəlirlər üzrə qeyri-neft-qaz sektorunda proqnozlaşdırılan artım müvafiq sektorlar üzrə ÜDM-nin proqnozuna adekvat olmayıb.
Fins.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklikliyin müzakirəsi zamanı deyib.
V.Gülməmmədov vurğulayıb ki, cari ilin ötən dövründəki faktiki daxilolmalar, ilin sonuna gözlənilən makroiqtisadi göstəricilər, habelə yenidən baxılan layihədə xərclər üzrə edilən dəyişikliklər, vergitutma bazasının genişləndirilməsi və inzibatçılığın gücləndirilməsi həm vergi, həm də gömrük orqanları üzrə büdcə gəlirlərinin proqnozunun yerinə yetirilməsinə münbit şərait formaşalaşdırır.