RƏSMİ

01 May

Bu halda ipotekaya xitam veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Fins.az-ın məlumatına görə, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

Dəyişikliklə ipotekaya xitam verilən hallar genişlənir.

Qeyd edək ki, ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1,8 faiz artım qeydə alınıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki, bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti olub.