RƏSMİ

22 Aprel

Milli Məclisin deputatı Cenevrədə səfərdə olacaq

Milli Məclisin deputatı Anar Məmmədov “Türk həftəsi” çərçivəsində  TÜRKPA-nın digər türk əməkdaşlıq təşkilatları ilə birgə təşkil etdiyi  tədbirlərdə və konfransda iştirak etmək üçün aprelin 22-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

Fins.az xəbər verir ki, “İrsdə birlik, fəaliyyətdə irəli: Dayanıqlı innovasiya və birlik naminə türk əməkdaşlığı” mövzusuna həsr olunmuş tədbirdə müasir dövrdə türk dünyasının qarşısında dayanan məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər aprelin 25-də başa çatacaq.