Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
Fins.az xəbər verir ki, “Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik”, - deyə bildirən dövlətimizin başçısı siyasi dialoqu davam etdirmək, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Şahbaz Şərifi Azərbaycana səfərə dəvət edib.