RƏSMİ

01 Fevral

Malların risk qruplarının təyin edilməsi meyarları TƏSDİQLƏNDİ

Nazirlər Kabineti “Malların risk qruplarının təyin edilməsi meyarları”nın təsdiq edib.

Fins.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında təyin edilir:

- mexaniki təhlükə;

- boğulma təhlükəsi;

- elektrik cərəyanının vurma təhlükəsi;

- istilik və ya yanğın təhlükəsi;

- yanığa səbəb ola biləcək termal təhlükə;

- kimyəvi təhlükə;

- mikrobioloji təhlükə;

- səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcək təhlükə;

- radiasiya təhlükəsi;

- partlayış təhlükəsi;

- malın növündən (funksional təyinatından) asılı olaraq yarana biləcək təhlükə;

- maye təzyiqi nəticəsində yarana biləcək təhlükə;

- lazer mənbələrindən yarana biləcək təhlükə;

- emal texnologiyalarının son istifadə müddəti;

- malın son istifadə müddəti;

- təhlükənin zərər vura biləcəyi obyektlər;

- obyektlərə vurula biləcək zərərin təsviri;

- zədə ssenarisi.

Meyarların tətbiqi zamanı aşağıdakılar nəzərə alınır:

- malın yarada biləcəyi təhlükə ilə bağlı elmi-texniki məlumatlar;

- həssas istehlakçı qrupları nəzərə alınmaqla, maldan yarana biləcək təhlükənin ağırlıq dərəcəsi;

- maldan yarana biləcək təhlükə barədə dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən daxil olan məlumatlar;

- malın qablaşdırılmasından yarana biləcək təhlükə;

- texniki reqlamentlər qüvvəyə minənədək həmin reqlamentlərin əhatə etdiyi mallara dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələbləri.