Müflis banklara dair yeni tələb müəyyənləşir.
Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Sənəddə qeyd edilib ki, müflis elan edilmiş bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək. Bu halda dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü qəbul edilib.