RƏSMİ

05 Dekabr

2024-cü ilin dövlət büdcəsi təsdiq edildi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Fins.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 5-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.