2024-cü il və sonrakı illərə makroiqtisadi və makrofiskal sabitliyin təmin edilməsi prioritet istiqamətlər təşkil edir.
Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əsas prioritetlər sırasına işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi daxildir.
“Bununla yanaşı sosial, elm və təhsil sahəsində islahatların həyata keçirilməsi büdcə layihəsində prioritet istiqamətlər kimi nəzərə alınıb”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.