İƏT əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycan Respublikasına həvalə olunub, müavinləri isə Səudiyyə Ərəbistanı Krallığı seçilib.
Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası tədbirindəki çıxışında bildirib.
Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda Əmək Mərkəzinin açılış tədbiri keçirilir. Mərkəz tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq. 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Fuad Mədətov
Fins.az