RƏSMİ

21 Noyabr

Azərbaycanla Özbəkistan arasındakı energetika SAZİŞİ TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fins.az bildirir ki, fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş" təsdiq edilib.