RƏSMİ

17 Noyabr

Qeyri-neft sektorunda 4,6 faiz artım proqnozlaşdırılır

Neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft sektorunda isə 4,6 faiz artım proqnozlaşdırılır.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O qeyd edib ki, artım ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur:

“Bu göstəricilər həyata keçiriləcək tədbirlər nəticəsində əldə olunacaq. Qeyri-neft sektorunun inkişafı sahəsində atılan addımların nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə, hədəflərə uğurla nail oluruq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində geniş tədbirlər həyata keçirilir”.

Fuad Mədətov
Fins.az