Macarıstanın iqtisadi inkişaf naziri ilə görüşdə qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib.
Nazirlikdən Fins.az-a verilən açıqlamaya görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar.
Günel Məlikzadə
Fins.az