RƏSMİ

15 Noyabr

Azərbaycan və Slovakiya gəlirlərə görə ikiqat vergitutmanı ləğv edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu təsdiq edib.

Fins.az xəbər verir ki, bununla da, 2023-cü il iyunun 7-də Bratislava şəhərində imzalanmış Sazişə uyğun olaraq Azərbaycan və Slovakiya gəlirlərə görə ikiqat vergitutmanı ləğv edib.