RƏSMİ

06 Noyabr

Əmanətlər üzrə faiz gəlirləri vergidən azad ediləcək

Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov deyib.

O qeyd edib ki, bunun da iki hədəfi var. “Həm bankların kapitalizasiyasına hədəfləyir ki, banklar biznes kreditlərinin verilməsi üçün uzunmüddətli kreditlər verir ki, əmanətlərin də daha uzun müddətə cəlb edilməsinə paralellik yaradaq. Eyni zamanda, milli valyutaya bu güzəştlərin verilməsi milli valyutaya tələbin artırılması siyasətini özündə ehtiva edir”, - deyə əlavə edilir.