Azərbaycanda qəbul edilməsi gözlənilən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən mikro sahibkarləq subyekti olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqlarının vergi yolu ilə subsidiyalaşdırılması nəzərdə tutulur.
Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov deyib.
“Bu da çox əhəmiyyətli tədbirdir. Mikro sahibkarlarla keçirdiyimiz çoxsaylı görüşlərdə bildirilir ki, onların hələ qazanc əldə edənə qədər sosial sığorta haqları öhdəliklərinin olması əlavə maliyyə yükü yaradır. Bunun 25 % -nin vergi yolu ilə subsidiyalaşdırılmasını nəzərdə tuturuq. Bu da mikro sahibkar subyektlərə, onların dayanıqlılığı baxımından və mikrodan kiçiyə keçmək üçün fəaliyyət göstərməsinə dəstək olacaq”, - deyə N.İmanov əlavə edib.