RƏSMİ

30 Oktyabr

Əmək pensiyalarının orta aylıq məbləği AÇIQLANDI

Azərbaycan pensiyaların artım proqnozu açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində qeyd olunub.

Rəyə əsasən, əmək pensiyalarının orta aylıq məbləği gələn il 492 manat olacaq.

Həmçinin rəydə qeyd olunub ki, 2023-cü ilin sonuna 435 manat təşkil edəcəyi gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 492 manat, 2025-ci ildə isə 511 manat olacağı proznozlaşdırılır.

Murad Abdullayev
Fins.az