RƏSMİ

24 Oktyabr

Hesablama Palatası özünün strateji idarəetmə çərçivəsinin formalaşmasında çağırışları diqqətə alıb

Fiskal qaydalar, ortamüddətli xərclər çərçivəsi, nəticə əsaslı büdcə institutlarının effektiv tətbiqi, bu institutların DİM-lərin maliyyələşdirilməsi ilə əlaqələndirilməsi bu gün ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsi üzrə ortamüddətli dövr üçün əsas çağırışlardan hesab olunur.

Fins.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.

“Qlobal çağırışlara və fəaliyyət göstərdiyi mühitdə baş verən dəyişikliklərə adekvat şəkildə reaksiya vermək üçün Hesablama Palatası özünün strateji idarəetmə çərçivəsinin formalaşmasında qeyd edilən çağırışları diqqətə alıb.

Təsadüfi deyildir ki, Hesablama Palatasının Strateji Planında “Dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi, OMXÇ və NƏB islahatlarının daha yaxşı həyata keçirilməsi” ortamüddətli dövr üçün strateji məqsəd kimi müəyyən edilib.

Qeyd olunan strateji məqsədlərə həm büdcə layihəsi və icrasına yüksək keyfiyyətli rəylərin verilməsi, həm də dövlət auditinin, xüsusilə səmərəlilik auditlərinin aparılması ilə töhfə vermək niyyətindəyik. Hədəflərə çatmaq uğrunda başlanılan yolda 3-cü il ərzində bir sıra əhəmiyyətli işlərin görülməsinə nail olunub”, - deyə V.Gülməmmədov deyib.

Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.

“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.