"Yaşıl maliyyə" üzrə prinsiplər hazırlanır.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş Direktoru Ziya Əliyev “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.
“Biz burada digər mərkəzi bankların təcrübəsini yaxından öyrənirik. Bu prinsiplərin hazırlanması "Yaşıl maliyyə" üzrə əlahiddə tənzimləmə çərçivəsi formalaşdırmağa kömək olacaq”, - deyə Z.Əliyev əlavə edib.
Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.
“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.
Murad Abdullayev
Fins.az