RƏSMİ

19 Oktyabr

Dövlət əmlakının icarəsindən büdcəyə 24,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 24,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində əldə edilən nəticələr uğurludur. 2023-cü ilin 9 ayı ərzində ərzində qeyri-yaşayış sahəsinə dair 623 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda cari ilin yanvar-sentyabr aylarında 1880 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 19,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2023-cü ilin 9 ayı ərzində 2503 yeni icarə müqaviləsi bağlanılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,4 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub.

Günel Məlikzadə
Fins.az