RƏSMİ

18 Oktyabr

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanda auditlərə başlayıb

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanda auditlərə başlayıb.

Fins.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, bütün dünyada aviasiya ilə bağlı tələblər, standartlar Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən müəyyən edilir və bütün dünyada hava limanları bu tələblərə əməl etməlidirlər.

“Bu qurum tərəfindən vaxtaşırı auditlər keçirilir və qeyd edim ki, bu həftə bizdə də növbəti auditlər başlayıb. Bu audit zamanı bir çox məsələlər, bəzi hallarda nöqsanlar aşkar olunub. Mövcud qanun bu audit zamanı ortaya çıxan sualların cavablandırılmasına imkan vermir. Ötən ilki audit zamanı öncəki auditlə müqayisədə tərəqqi, yəni 67%-dən 80%-ə qədər artım müşahidə edilib”, - deyə nazir müavini vurğulayıb.