RƏSMİ

17 Oktyabr

Energetika naziri Çinə səfər edib

Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının (ÇXR) Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib. Nazir 18 oktyabr tarixində Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.

Fins.az xəbər verir ki, tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Günel Məlikzadə
Fins.az