RƏSMİ

11 Oktyabr

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı daha da gücləndirmək niyyətindədir

Azərbaycan və Pakistan iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. 

Fins.az-ın məlumatına görə, bu barədə Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani "X" (tvitter) sosial şəbəkə səhifəsində yazıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə çox məhsuldar görüş oldu. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının uğurla keçirilməsi münasibətilə onu təbrik etdim. Biz Azərbaycan və Pakistan arasında iqtisadiyyat və ticarət, eləcə də əlaqələrin və insanlar arasında əlaqələrin təmin edilməsi sahəsində münasibətləri daha da gücləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdik”,- o deyib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. İclasda üzv ölkələrin və müşahidəçilərin, beynəlxalq tərəfdaşların və İƏT-in ixtisaslaşmış strukturlarının nümayəndələrinin çıxışları dinlənilib, İƏT çərçivəsində regional əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı təşəbbüslər və təkliflər müzakirə edilib, iclasın gündəliyində duran digər məsələlərə baxılıb.

Günel Məlikzadə
Fins.az