RƏSMİ

10 Oktyabr

Naxçıvanda 4 340 yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 4 340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Qeydiyyata alınmış vergi ödəyicilərinin 89,6 %-i fiziki, 10,4 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 80 %, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.

Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 %-i elektron qaydada, 36 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Fuad Mədətov
Fins.az