RƏSMİ

04 Oktyabr

Bu ilin 9 ayında Energetika Nazirliyi tərəfindən 190 icazə verilib

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 190 icazə verilib.

Qurumdan Fins.az-a verilən məlumata görə, onlardan 136-ı ixrac nəzarətinə düşən malların idxalı, 6-ı ixracı, 48-i isə tranziti ilə bağlı olub.

9 ay ərzində 172 icazənin verilməsi 5 saylı, 18 icazənin verilməsi isə 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından etibarən Energetika Nazirliyi tərəfindən icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən həyata keçirilir.

Fuad Mədətov
Fins.az