RƏSMİ

03 Oktyabr

Yüksək riskli zonaların müəyyən edilmə əsasları TƏSDİQLƏNDİ

Nazirlər Kabineti yüksək riskli zonaların müəyyən edilmə əsaslarını təsdiqləyib.

Fins.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Yüksək riskli zonalar aşağıdakılara əsasən müəyyənləşdirilir:

- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;

- Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları;

- FATF tərəfindən edilmiş ictimai bəyanatlar.

Qeyd olunanlar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq yüksək riskli zonaların siyahısının müəyyən edilməsi üçün əsasdır.