RƏSMİ

28 Sentyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub

Sentyabrın 27-də - “Anım Günü”ndə İqtisadiyyat Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkında olub.


Fins.az xəbər verir ki, Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Günel Məlikzadə
Fins.az