RƏSMİ

21 Sentyabr

2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 33,8 mlrd. manat proqnozlaşdırılıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33765,0 milyon manat proqnozlaşdırılıb.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. Sənəddə dövlət büdcəsinin vergi daxilolmaları 17965,0 milyon manat, qeyri-vergi gəlirləri 16070,0 milyon manat proqnozlaşdırılıb.