RƏSMİ

15 Sentyabr

Dövlət rüsumunun ödənilməsini təsdiq edən hal olmadıqda LİSENZİYA LƏĞV EDİLƏCƏK

Dövlət rüsumunun ödənilməsini təsdiq edən hal olmadıqda lisenziya ləğv ediləcək.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna edilən dəyişikliyə əsasən, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziya və icazə ləğv ediləcək.